Azərbaycan avtoritar ölkədir və hakimiyyət 2003-cü ildən prezident İlham Əliyevin əlində cəmləşir. Korrpusiya yayğındır, ölkənin siyasi partiyaları represiya nəticəsində zəiflədilib. Bu barədə ABŞ-da yerləşən Freedom House təşkilatının “2018-ci il Dünyada Azadlıq” hesabatında bildirilir.
Hesabat 2017-ci ildə 195 ölkə və 14 regionda azadlığın vəziyyətini qiymətləndirir. Hər ölkə və region 25 göstəriciyə görə 100 bala qədər qiymətləndirilir. Əsasən iki cür azadlığın qiymətləndirilməsi aparılır: siyasi azadlıq və vətəndaş azadlıqları. Ölkə və regionların siyasi azadlıq və vətəndaş azadlıqlarını qiymətləndirilməsi sonra ölkələrin ümumi azad, qismən azad və ya azad olmayan ölkələr üzrə kateqroiyasını yaradır.
BMT-nin Universal İnsan Haqqları Bəyənnaməsinə əsaslanan metodologiya coğrafi yerləşməsindən, etnik və dini tərkibindən və iqtisadi səviyyəsindən asılı olmayaraq bütün dövlətlərə tətbiq edilib. Dünyada azadlıq hökümətlərin yox, individualların real haqq və azadlıqlarının qiymətləndirilməsidir.
Hesabatda göstərilir ki, dünya əhalisinin cəmi 39%-i azad və 24%-i qismən azaddır, 37%-i isə azad deyil. Ölkələrin isə 45%-i azad, 30%-i qismən azad, 25%-i isə azad olmayan ölkələr hesab olunur.
Tramplı ABŞ
Hesabata görə, indiyə qədər siyasi hüquqlar və insan azadlıqlarının ən güclü təbliğatçısı ABŞ-da bir qədər geriləmə müşahidə olunur. Əsas narahatçılıqlar siyasətdə pulun təsirinin, eləcə də media və müstəqil ədliyyə sisteminə Tramp administrasiyası tərəfindən basqıların artmasıdır. Hesabat müəlliflərinin qiymətləndirməsinə görə, 2016-ci il Rusiyanın seçkilərə müdaxiləsi, siyasi etiket standartların pozulması, hökümətin şəffaflığının azalması kimi faktorlara görə 2017-ci ildə Amerikanın geriləməsi sürətlənib və ölkə 3 xal itirib. Hazırda ölkə 86 xalla Fransa, Almaniya və Böyük Britaniyadan geri qalır.
Avropanın sağçı populistləri...
Avropanın 618.1 milyon əhalisinin 85% azad, 2% qismən azad, cəmi 13% isə qeyri-azad hesab olunur. Müvafiq olaraq 42 Avropa ölkəsi üzrə qiymətləndirmə belədir: 86%-i azad, 12%- qismən azad, 2% isə qeyri-azad.
Regionda əsas problem miqrant böhranı ilə əlaqədar Fransa, Almaniya, Hollandiya və Avstriyada ksenofibik ektremist sağçı partiyaların səs qazanmalarıdır.
Türkiyə Azad olmayan ölkələr siyahısına keçir
2014-cu ildən prezident Ərdoğanın hökümət və cəmiyyət üzərində şəxsi nəzarətə çalışaraq mətbuat, sosial media, etirazçılar, siyasi partiyalar, məhkəmə və seçki sisteminə davamlı təzyiqi nəticəsində ölkənin xalları düşüb.
Göstərilir ki, Ərdoğan öz rəqibləri və partiya daxilindəki keçmiş müttəfiqlərini sıradan çıxarıb, media sahiblərini öz ehtiyacları üçün dəyişib və səs-küylü konstitusiya refendumu ilə super prezident sistemi yaradıb. 2016-ci ildə hərbi çevrilişə cəhddən sonra ölkədə 60 min insan həbs edilib, 160 media bağlanıb və 150-dən çox jurnalist tutulub. Parlamentin üçüncü böyük partiyasının (Kürd azlığını təmsil edən HDP nəzərdə tutulur – A.A.) liderləri də həbsdədir.
Azad ölkələrin sayı azalıb
2007-ci illə müqayisədə 2017-ci ildə azad olmayan ölkələrin faiz nisbəti artıb. Azad olmayan 49 ölkə içərisində ən pis vəziyyət bu 12 ölkədədir. Bunlar Suriya, Cənubi Sudan, Eritrea, Şimali Koreya, Türkmənistan, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Özbəkistan, Sudan, Mərkəzi Afrika Respublikası və Liviyadır.
Azərbaycan
Hesabtda qeyd olunur ki, 2016-ci ildə heç bir parlament dinləmələri və ictimai müzakirələr olmadan baş tutmuş referendumla vitse-prezidentlik institutu yaradılıb və İlham Əliyevin sərəncamı ilə həyat yoldaşı Mehriban Əliyeva birinci vitse-prezident təyin olunub.
2017-ci ilin may ayında ölkədə milli təhlükəsizlik əsas gətirilərək 5 media orqanın fəaliyyətinə ban qoyulub.
Sentyabrda Azərbaycan polisi onlarla LGBT icmasına aid olan vətəndaşları həbs edib.
Xarici media tərəfindən aparılmış araşdırma nəticəsində Azərbaycan hakimiyyətinin maraqları xeyrinə lobbiçiliyə 2.9 milyard dollar xərcləndiyi aşkarlanıb.
Bütün bu və digər məsələlərlə bağlı araşdırmaya görə Azərbaycan siyasi hüquqlara görə mümkün 1-7 arası baldan maksimum balla 7 ilə qiymətləndirilib. Yəni ən pis nəticə. Azərbaycan vətəndaş azadlıqlarına görə isə 1-7 qiymətləndirməsində 6 bal alıb. Ümumi hesabda isə ölkə 100 ballıq qiymətləndirmədə cəmi 12 xal qazana bilib.
Geriyə addımlayan ölkələr
10 illiyin ən böyük geriləmə yaşayan ölkələri cərgəsinə 34 xalla Türkiyə liderlik edir. Azərbaycan 19 xalla Nikaraquadan sonra gəlir. Bu siyahıya Rusiya 12, Ukranya isə 11 xal itirib. Bizim regionla bağlı əsas problem bu regiondakı ölkələrin rəhbərlərinin uzun müddətli hakimiyyətdə qalmasıdır. Ermənistan və Qırğızıstanda müxalifətə basqı, seçkilərin saxtalaşdırılması və administrativ mənbələrin sui-istifadəsi isə hakimiyyəti əldə saxlamaq kimi qiymətləndirilir. Müəlliflərin fikrincə, regionda demokratiyaya ən böyük təhlükə Azərbaycanın güc orqanlarının Gürcüstandan qaçırıb ölkəyə keçirdikləri jurnalist Əfqan Muxtrarlının hadisəsi olub.