İDEYA



Açıq Hökumət Tərəfdaşlığı, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak və Avropa Şurasının Korrupsiya əleyhinə Dövlətlər Qrupu (GRECO) və başqa anti-korrupsiya platformaları ilə əməkdaşlıq etsə də, Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri olaraq qalır.

Beynəlxalq Şəffaflıq Təşkilatının 2016-cı il üzrə korrupsiyanı qavrama indeksinə görə Azərbaycan 176 ölkə arasında 123-cü yerdə qərarlaşıb. Yerli və beynəlxalq təşkilatlar hesab edir ki, hazırda korrupsiya Azərbaycanda yaxşı idarəetməyə, iqtisadi inkişafa, sosial ədalətə və demokratikləşməyə ən ciddi əngəldir.

Bu portal onlayn jurnal olaraq vətəndaşları narahat edən sosial-iqtisadi problemlər, korrupsiya, hökumətin hesabatlılığı, insan hüquqları və demokratiya ilə bağlı məqalə, bloq, analitik hesabat, tədqiqat, infoqrafika, karukatura və videolara yer ayırır.

Portal öz fəaliyyətində və dərc etdiyi mteriallarda peşəkarlığa və müstəqilliyə əsaslanır. Onlayn jurnalda dərc olunan materillarda yer alan faktlar yoxlanır və başqa mənbələrlə tutuşdurulur. Açıq Azərbaycan portalı həmçinin başqa təşkilatların və media qurumlarının məhsullarını da, onların razılığı əsasında təmənnasız dərc edir, həmçinin ekspertlər və müstəqil jurnalistlərlər əməkdaşlığa açıqdır.

Açıq Azərbaycan portalının eyni adlı Facebook səhifəsi, Twitter hesabı və Youtube kanalı da fəaliyyət göstərir.