Bazar ertəsi Azərbaycan 1917-ci il inqilabından sonra Rusiya imperiyasının çökməsi nəticəsində Rusiyadan əldə etdiyi müstəqilliyinin yüz illiyini qeyd edirdi. Azərbaycan 1918-ci il 28 Mayda öz müstəqilliyini elan etdiyi vaxt onun liderləri Müsəlman aləmində ilk demokratik respublika, real ancaq az ömürlü demokratiya yaratdılar.
Mart ayında ölkənin 2003-cü ildən diktatoru olan prezident İlham Əliyev milli qürur haqqında fikirlərini ifadə etdi və qəribəsi odur ki, onu özünün məhv etmək üçün hər şeyi etdiyi ideallarla əsaslandırdı. Əliyev çıxışında deyir ki, Müsəlman dünyasında ilk dəfə Azərbaycan xalqı göstərdi ki, “onlar hər kəsin haqqlarının qorunduğu azad cəmiyyətdə yaşamaq istəyirlər”.
Azərbaycan xalqı bu gün o azad cəmiyyətdə yaşamır. Elə keçən ay, bir nəfər olsun samballı rəqibi olmayan saxta prezident seçkiləri sayəsində Əliyev öz hakimiyyətini 2025-ci ilə qədər uzatdı.
Azərbaycanı 10 ildən çox idarə etmiş atasından sonra hakimiyyətə yiyələnən İlham Əliyev sistemli şəkildə ölkənin institutlarını məhv edib. Yaxın bir neçə ildə o ömürlük hakimiyyətdə qalması üçün bütün maneələri aradan götürüb, prezidentlik müddətini 5 ildən 7 ilə qaldırıb və xanımını özünün seçilməmiş varisi təyin edib.
Müsəlman aləminin ilk parlament respublikasının bu gün yuxarıdan gələn əmrə müntəzir qanunvericiliyi var. Hökümət siyasi müxalifəti əzmək üçün təcavüz, izləmə, həbs və hətta işgəncəyə belə əl atır. Ölkə parlamentində əsas müxalifət partiyalarından bir nəfər belə millət vəkili yoxdur.
Məhkəmə ilə də vəziyyət eynidir. Ədliyyə sistemi illərlə müxalifət liderlərini, gənc aktivist və jurnalistləri saxta narkotik, vergidən yayınma və xuliqanlıq ittihamları ilə cəzalandırıb. Əliyev cəzaları pərdə arxasından özü idarə edir və sonra da mediada özünün nadir hallarda baş verən siyasi məhbusların əhv sərəcamlarına görə təriflətdirir.
Bu periodik azad etmələrə baxmayaraq, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, hazırda həbsxanalarda 140-dan çox siyasi məhbus var. Sərhədsiz Repartyorlar bildirir ki, həbsxanalarda ondan artıq jurnalist var.
Əliyev hökümətinin azad mediayla bağlı məqsədi hesabatlılıqdan yayınmaqdır. Çap məhsulları, radio və televiziyalara basqı və təzyiqlərə baxmayaraq, 2017-ci ildə hökümət daha da irəli gedərək bütün müstəqil onlayn medianın saytlarını bloklayıb. Sərhədsiz Repartyorlar Dünya Mətbuat Azadlığı İndeksinə Azərbaycanı 180 ölkə içərisində 163-cü yerdə - İrandan bir pillə yuxarıda qeyd edib.
2017-ci ilin sentyabrında mən Nümayəndələr Palatasında Trump Administrasiyasına Azərbaycanla ikitərəfli münasibətlərimizdə insan haqqları və demokratiya ilə bağlı narahatçılıqlarımıza diqqət yetirilməsi və onların prioritetləşdirilməsini təklif edən qanun lahiyəsi təqdim etdim. Lahiyə Administrasiyadan insan haqqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə səyahət qadağası qoyulması və onların xaricdəki aktivlərinin dondurulmasını tələb edirdi. Layihə həmçinin dini azadlığın pozucularına viza qadağası təklif edir.
Azərbaycan özünü ABŞ-ın təhlükəsizlik tərəfdaşı kimi təklif etdiyinə görə ölkənin bütün insan haqqları pozuntularına göz yummağımızı istəyir. O terrorizm kimi beynəlxalq təhlükəyə qarşı mübarizə aparmaq niyyətini göstərir və NATO-nun Əfqanıstandakı missiyasına hərbi və logistik dəstək verir. Xəzərin neft və qazının Avropaya daşınması Avropanın Rusiya qazından asılılığını azaltdığı üçün ABŞ maraqlarına cavab verir.
Ancaq öz insanlarının fundamental haqqları və ləyaqətinə hörmət etmədiyi bir halda, Azərbaycan uzun vədədə təhlükəsizliyə göeə məsuliyyət daşıyır. Gənc nəslin Azərbaycanın 70 illik Sovet dövrünə aid yaşayan heç bir xatirəsi yoxdu və əksinə onlar həyatları üçün böyük ümid və gözləntiləri var.
Azərbaycanda prezident seçkilərindən sonra qonşu Ermənistanda gənc nəsil dinc etirazlarla baş nazirin istefasına nail oldular. Çətin ki, Azərbaycan 2018-ci il Ermənistandakı on minlərlə insanı küçələrə çıxaran dalğanın və Gürcüstanın 2003-cü il qızılgül inqilabına qoşulmasının qarşısını ala bilsin.
Azərbaycan müstəqilliyin 100 illiyini qeyd etdiyi ərəfədə, ABŞ Azərbaycan hökümətini dövlətin həqiqi demokratik köklərini yenidən üzə çıxarmağa və onu insan haqq və azadlığına əsaslanmış yeni əsrə uyğun bərpa etməyi tələb etməlidir. Azərbaycan hökümətinin bu fürsətdən yararlanıb yararlanmayacağından asılı olmayaraq, ABŞ ləqayət və ədalət arzularını sozsusadək danmayan Azərbaycan xalqı ilə həmrəylik göstərməlidir.
Məqalənin orijinalı ABŞ Konqresinin syatında nəşr olunub.