Rövşən Ağayev

İqtisadçı ekspert

BÜDCƏ QANUNVERİCİLİYİ: DƏYİŞİKLİKLƏRLƏ BAĞLI TƏŞƏBBÜSLƏR NƏ VƏD EDİR?

16.12.2016 / İctimai iştirakçılıq

Bildiyimiz kimi, Azərbaycanın Milli Məclisi hazırda “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi müzakirə edir.

Müzakirə olunan dəyişikliklər iki istiqamətdədir. Birinci, büdcə şəffaflığının artırılması ilə bağlıdır. Burada yeni müddəalar dövlət büdcəsinin icrası barədə hesabata daxil edilən informasiyaların əhatə dairəsinin genişləndirilməsidir. Qanun layihəsi təsdiq edildikdən sonra, dövlət borcları, il ərzində götürülən borclar, buraxılmış dövlət qiymətli kağızları, və verilən dövlət zəmanətləri barədə məlumatları büdcə hesabatı vasitəsilə öyrənmək mümkün olacaq. Eyni zamanda, dövlət büdcəsinin Ehtiyat Fondu, Prezidentin Ehtiyat Fondu və məqsədli büdcə fondları çərçivəsində xərclənən vəsaitlər, büdcə icrasına dair hesabatda əks etdiriləcək. Yerli gəlirlərin tədiyyə növləri üzrə icrası haqqında məlumatlar da həmçinin.

İkincisi, Hesablama Palatası üçün büdcə üzərində nəzarət imkanlarının genişlənməsidir. Təklif edilən yeni hüquqi mexanizmlər qüvvəyə mindikdən sonra növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi cari ilin sentyabr ayının 15-ə kimi Nazirlər Kabineti ilə yanaşı Hesablama Palatasına da təqdim olunacaq.

Bundan əlavə, gəlirlərin icracı ilə bağlı aylıq, rüblük və illik hesabatlar, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların büdcə vəsaitlərindən istifadəyə dair hesabatları Hesablama Palatasına təqdim ediləcək. Bura dövlət büdcəsinin icrası prosesində büdcə gəlirlərinin və xərclərin funksional, iqtisadi, inzibati təsnifatı üzrə xərclərinin bölgüsündə dəyişikllər barədə məlumatlar da daxil ediləcək.

Büdcə şəffaflığın artırılması, həmçinin büdcə üzərində xarici auditin səlahiyyətlərinin genişləndirilməsi istənilən halda təqdir edilməlidir. Xüsusilə böyük resurs gəlirlərinin kəskin azaldığı, resursların məhdudluğu şəraitində. Belə məqamda büdcənin hər manatının səmərəli istifadəsi baxımından şəffaflıq və hesabatlılıq təşəbbüslərinin genişlənməsi son dərəcə mühümdür. Lakin indi təklif edilən dəyişikliklər büdcə sisteminin idartə edilməsində köklü dəyişikliklərə çətin ki, təkan versin. Büdcə prosessinin təşkili və tənzimlənməsi ilk növbədə büdcə xərcləmələrinin səmərəliliyinin təmin olunması ilə bağlı dayanıqlı mexanizmlərin yaradılmasını tələb edir. Hazırkı büdcə tərtibatı format və büdcə sənədlərinin hazırlanması baxımından xərcləmələrin səmərəliliyini qiymətləndirməyə imkan vermir.

İctimai vəsaitlərin xərclənməsi ilə bağlı “səmərəlilik” anlayışı vəsaitlərdən maksimum nəticənin əldə edilməsini ehtiva edir. Həmin nəticələrə görə dəqiq məsuliyyətin və öhdəliyin müəyyən edilməsi mümkün olur. Proqnozlaşdırılan xərclərə münasibətdə səmərəliliyi qiymətləndirmək üçün bir neçə mühüm mexanizm olmalıdır. Belə mexanizmlər kimi aşağıda qeyd edilən normalar hazırlana bilər:

Əgər bu mexanizmlər hüquqi norma kimi tətbiq edilmirsə və büdcə tərtibatı bu sənədlər əsasında aparılmırsa, büdcə xərclərinin səmərəliliyinin təmin olunması imkansızdır.

Büdcə şəffaflğının artırılması üçün isə qanunvericiliyə təklif olunan dəyişikliklərlə yanaşı daha təsirli mexanizmlər mövcuddur. Əvvəla, vətəndaş cəmiyyətinin və maraqlı tərəflərin iştirakçılığının təmin edilməsi mexanizmlərinin olmadığı şəraitdə şəffaflığın təmin edilməsi ilə bağlı təsirli mexanizmlərin özü belə effektiv çalışmaya bilər. İştirakçılıq üçün hökumət və parlamentin vətəndaş cəmiyyəti ilə büdcə mövzusunda arasıkəsilməz dialoquna, birgə büdcə dinləmlərinin keçirilməsinə, müstəqil ekspert cəmiyyətinin hazırladığı büdcə rəylərinin büdcə layihələrində nəzərə alınmasına, müxtəlif maraq qruplarının büdcə ehtiyaclarının öyrənilməsi üçün Maliyyə Nazirliyinin və müxtəlif sahə nazirliklərinin ekspertlərinin həmin qrupların təmsilçiləri ilə birgə müzakirlərinə, məsləhətləşmələrinə ehtiyac var. Hazırda Azərbaycanda bu qəbildən olan mexanizmlər ümumiyyətlə mövcud deyil.

Digər tərəfdən, büdcə xərcləmələrinə münasibətdə şəffaflıq bütün xərclərin həcmi, strukturu, son təyinatı və istiqamətləri ilə bağlı informasiyalarının ictimaiyyət üçün açıqlığını, təqdim edilən göstəricilərin tam analaşılan olmasını ehtiva edir. Şəffaflıq mexanizmləri kimi bir sıra mühüm addımların atılması mühümdür. Belə mexanizmlər kimi aşağıdakı addımlar atılması vacibdir:

Qeyd olunanlarla yanaşı büdcə informasiyalarının əlçatanlığını təmin etmək üçün hökumətin elektron formada bütün millət vəkillərinə təqdim etdiyi büdcə zərfi ilə ictimaiyyətin online tanış olmasına imkan yaradılmalıdır. Büdcə informasiyalarının açıqlığını təmin etmək üçün büdcə zərfilə bağlı bütün məlumatlar Maliyyə Nazirliyinin saytı vasitəsilə yayıla bilər.