YENİ İŞ YERLƏRİ HAQQINDA BALLADA



Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2018-ci ilin ilk dörd ayı ərzində Azərbaycaycanda muzdla işləyənlərin sayı 16900 nəfər artıb. Əgər iş yerlərinin artımı bu temlə gedərsə illik 50700 iş yerinin yaradılması mümkün ola bilər. Baş nazirin müavini Əli Əhmədov isə son 15 ildə 1.9 milyon iş yerinin açıldığını deyir, hansı ki, dövlətin statistik məlumatları na uyğun gəlmir. Onu da qeyd edək ki, bu ilin ilk dörd ayı ərzində ölkəmizdə əhainin sayı 25018 nəfər artıb.