Open Azerbaijan

Online Media

MÖVCUD QHT-LƏR 30 GÜN ƏRZINDƏ YENIDƏN QEYDIYYAT ÜÇÜN MÜRACIƏT ETMƏLIDIRLƏR

27.11.2026 / QHT-lərin fəaliyyətini məhdudlaşdıran dəyişikliklər Milli Məclisdə qəbul edildi


QHT-lərə Dövlət Dəstəyi Agentliyində bir QHT təmsilçisi ilə görüş. Foto Azərtacdan götürülüb.



Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən qanunvericiliyə təklif olunan dəyişikliklər bu gün Milli Məclisdə sonuncu – üçüncü oxunuşda qəbul edilib. Bununla bağlı Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul olunub.

Əsas yenilik ondan ibarətdir ki, QHT-lərin fəaliyyət istiqamətləri, təsnifatı, idarəetməsi, maliyyə hesabatlılığı və xarici QHT-lərin fəaliyyəti ilə bağlı tələblər sərtləşdirilir.

İctimai birliklər və fondlar üzrə yeni təsnifat

Dəyişikliyə əsasən, ictimai birliklər aşağıdakı istiqamətlər üzrə yaradıla biləcək:

Fondlar isə aşağıdakı növlərə bölünəcək:

Vacib yenilik odur ki, hər bir ictimai birlik və fond yalnız bir növ üzrə yaradıla bilər. Həmçinin QHT-lərin daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilməsi nəzərdə tutulur.

Nizamnamələrə dair tələblər sərtləşdirilir

QHT-nin nizamnaməsində yalnız onun seçdiyi növə uyğun məqsəd və vəzifələr göstərilməlidir. Təşkilatın fəaliyyət istiqamətləri nizamnamədəki məqsədlərə uyğun olmalıdır.

QHT-nin adında “Azərbaycan Respublikası” ifadəsindən və dövlət orqanlarının adlarına oxşar adlardan istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Nəticədə, mövcud QHT-lər öz nizamnamələrini yeni təsnifata uyğunlaşdırmaq zərurəti ilə üzləşəcəklər.

Maliyyə şəffaflığı və daxili nəzarət

Yeni tələblərə əsasən:

Bu, QHT-lərin maliyyə idarəetməsində daha sistemli daxili nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur.

QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi

Bunlara daxildir:

Burada mühüm hüquqi fərq var: fəaliyyətin dayandırılması ilə ləğv eyni prosedur deyil. Layihədə ləğvin bir sıra hallarda məhkəmə qərarı ilə həyata keçirilməsi nəzərdə tutulur.

Xarici QHT-lərin filial və nümayəndəlikləri

Xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikləri üçün də yeni tələblər nəzərdə tutulur:

Mövcud QHT-lərə verilən 30 günlük müddət

Qanun qüvvəyə mindiyi tarixdən etibarən:

Müəyyən edilmiş müddətdə müraciət etməyən və ya qeydiyyatdan imtina alan təşkilatların fəaliyyətinin dayandırılması nəzərdə tutulur.