Açıq Azərbaycan

Analitik Portal

AMNESTY İNTERNATİONAL: "CİNAYƏT VİDEOLARI ARAŞDIRILSIN"

11.12.2020 / Təşkilat Azərbaycanı və Ermənistanı müharibə cinayətlərini araşdırmağa çağırır


Erməni əsirləri. Foto "Azadlıq" radiosundan götürülüb.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycanı və Ermənistanı əsirlərin başının kəsilməsi, qurbanların meyitlərinin təhqir olunması videolarını və bu kimi başqa müharibə cinayətlərini araşdırmağa çağırır.

https://www.amnesty.org/en/latest/news/2020/12/armenia-azerbaijan-decapitation-and-war-crimes-in-gruesome-videos-must-be-urgently-investigated/

Bildirilir ki, Qarabağ müharibəsində həm Ermənistan, həm də Azərbaycan hərbi qüvvələri müharibə cinayətləri törədiblər. Təşkilat bildirir ki, araşdırılan videolarda hərbi və digər əsirlərlə pis rəftar, qarşı tərəfin əsgərlərinin cəsədlərinin təhqir olunduğu görünür.

“Bu videolarda görünən əxlaqsızlıq, qeyri-insani davranış qurbanları alçalmaya məruz qoyma məqsədi daşıyıb, beynəlxalq humanitar hüquq aydın şəkildə pozulub” açıqlamada deyilir.

Açıqlamada son üç həftədə Telegram kanallarında yayılan videoların tədqiqi üçün insan haqları təşkilatlarının “Böhran Dəlili Laboratoriyası” rəqəmsal texnika metodlarından istifadə edib.

İki videoda azərbaycanlı əsgərlər tərəfindən başkəsmə, digərində isə azərbaycanlı sərhədçinin boğazının kəsilməsi və ölümü təsvir olunub.

Qurum həm Azərbaycan, həm də Ermənistan hakimiyyətini dərhal müstəqil, qərəzsiz araşdırma aparmağa, məsuliyyət daşıyanları tapmağa çağırıb.

Azərbaycanda başlanan araşdırma: "Videoların çoxu saxtadır"

Azərbaycanın Baş Prokurorluğunun noyabrın 21-də yaydığı açıqlamada bəzi KİV-lər və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçuları tərəfindən erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, erməni əsirlərlə qeyri-insani rəftarı əks etdirən videogörüntülərin yayıldığı bildirib. Qurum bir çox videoçarxların saxta olduğunu, bəzilərinin reallığı əks etdirməsinə ciddi şübhələr yarandığını bildirib.

Prokurorluq bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlandığını, ölkə vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edib.

Saxta başkəsmə videoları necə hazırlanır?

Xüsusi xidmət orqanlarının keçmiş zabiti, politoloq Ərəstun Oruclu müraciətində yayılan videoların saxta olduğunu və arxasında xarici kəşfiyyat qurumlarına bağlı şəxslərin durduğunu vurğulayıb: “Bu videolarda ermənilərin başını kəsənlər kimi əsasən məhz xüsusi təyinatlılarımız əks olunub. Şəxsən mən həmin videoların saxta olduğuna, məqsədli hazırlandığına və onları yayanların Azərbaycan ordusunun vuran əli olan XTQ-yə qarşı “Tərtər işi” tipli təxribata hazırlıq məqsədi güddüyünə əminəm. Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu iddia edirlər”.

Ərəstun Oruclu sözügedən videoların saxtalığını sübut edən bir neçə məqamı qeyd edir. “Telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə onlar mütləq olmalıdır”.

"Cinayət videolarının araşdırılması Azərbaycanın faydasınadır"

Siyasi şərhçi Elman Fəttah hesab edir ki, videoların araşdırılması və həqiqətin ifşası beynəlxalq hüquqi tələblərin icrası qədər mühim məsələdir: “Hərbi münaqişə zamanı Cenevrə Konvensiyası kimi beynəlxalq hüquq normalarına əməl edilməməsinin dəhşətlərini Azərbaycan Bərdə və Gəncə hadisələrində ağır yaşadı. Bu baxımdan indiki məqamda da, təşkilatın çağırışı yerinə düşür. Azərbaycan Prokurorluğu məsələylə bağlı araşdırma aparırır və sözgüdən cinayət videolarının araşdırılması Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayət əməllərinin də cəzalandırılması baxımından faydalıdır. Bu baxımdan ümid edirəm ki, bu tip hadisəni törətmiş şəxslər varsa, onlara qarşı beynəlxlaq hüquq və Azərbaycan hüququnun tələbləri icra olunacaqdır”.

Ekspert qeyd edir ki, Ermənistan tərəfi zorakılıq videolarını müharibə qəhrəmanlığı kimi təbliğ edir: "30 ildə Erməni tərəfinin törətdiyi dəhşətli müharibə cinayətlərinin barədə olan xeyli fakt və dəlillərə rəğmən Ermənistan tərəfi heç bir cinayət hadisəsilə bağlı araşdırma aparmayıb, cinayətkarı cəzalandırmayıb. İndi də Ermənistan tərəfi müharibə cinayətlərini qəhrəmanlıq kimi təqdim etməkdə davam edəcək. İtithamlar qarşılıqlıdır, lakin, döyüş zonasından xeyli kənar olan Bərdə və Gəncədə mülki əhalinin ağır artileriya silahları ilə bombalanma faktı göstərir ki, müharibə cinayəti törətməkdə Ermənistan tərəfi xeyli qabağa gedib. Həmçinin, sözügedən videoların araşdırılması təxribat hallarının ifşasına zəmin yaradır. Çünki, videoların kim tərəfindən nə məqsədlə çəkildiyi halı da məlum deyil”.

Hərbi cinayət necə cəzalandırılmalıdır?

Hərbi cinayətlər 2002-ci ildən bəri qüvvədə olan Beynəlxalq Cinayət Məhkəməsi Əsasnaməsinin 8-ci maddəsi ilə tənzimlənir və bu məhkəmənin yurisdiksiyasındadır. Bu maddə həm beynəlxalq silahlı qarşıdurmalar, həm də daxili silahlı qarşıdurmalar zamanı törədilə biləcək cinayətləri müəyyənləşdirir.

Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsinə görə aşağıdakılar hərbi cinayət sayılır: