Open Azerbaijan

Analytic Portal

AMEA-NIN MÖVCUD STRUKTURU LƏĞV EDILDI

28.07.2022 / Qurumun yeni nizamnaməsi hazırlanacaq


AMEA



İyulun 28-də prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub, nazirliyin yanında iki dövlət agentliyi yaradılıb, Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının bir çoxu Elm və Təhsil Nazirliyinin, üç muzey isə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Elm və Təhsil Nazirliyinin yanında yaradılan dövlət agentlikləri bunlardır: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

Milli Elmlər Akademiyasının tabeliyindən çıxarılaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilən muzeylər bunlardır: Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi.

Milli Elmlər Akademiyasının tabeliyindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlar bunlardır:

Fizika İnstitutu,

Riyaziyyat və Mexanika İnstitutu,

İdarəetmə Sistemləri İnstitutu,

Radiasiya Problemləri İnstitutu,

İnformasiya Texnologiyaları İnstitutu,

Biofizika İnstitutu,

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası,

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu,

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu,

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu,

Polimer Materialları İnstitutu,

Geologiya və Geofizika İnstitutu,

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu,

Təbiət Tarixi Muzeyi,

Neft və Qaz İnstitutu,

Botanika İnstitutu,

Zoologiya İnstitutu,

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu,

Mikrobiologiya İnstitutu,

Dendrologiya İnstitutu,

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu,

Genetik Ehtiyatlar İnstitutu,

Torpaqşünaslıq və Aqrokimya İnstitutu,

İqtisadiyyat İnstitutu.

Bundan başqa, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası, Gəncə bölməsinin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemlər İnstitutu, Nəbatat Bağı, Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri (Təcrübə-Sənaye Zavodu, “Kibernetika” Elmi İstehsalat Birliyi, “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi, “Kompozit” Elmi İstehsalat Birliyi) və “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti də Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Dövlət başçısı Nazirlər Kabinetinə üç ay müddətində Elm və Təhsil Nazirliyinin yeni əsasnaməsinin və strukturunun, habelə yeni yaradılan agentliklərin əsasnamələrini, Milli Elmlər Akademiyasının yeni strukturunu və işçilərinin say həddini təsdiqləməyi tapşırıb.

Yeri gəlmişkən, AMEA-nın yeni nizamnaməsi hazırlanacaq. Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan