Açıq Azərbaycan

Analitik Portal

GÖMRÜK GENERALININ HƏBS EDİLDİYİ DEYİLİR

22.06.2022 / Gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir. APA xəbər verir ki, gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 mindən çox rüşvət aldığı bildirilir.

Qeyd edək ki, "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan