ƏHMƏD ƏHMƏDZADƏNI ƏVƏZLƏYƏN KIMDIR?

05.04.2021 / Meliorasiya və Su Təsərrüfatı” ASC-yə yeni sədr təyin edilib

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Zaur Mikayılov “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə sədr təyin edilib. Mediada yeni sədrin kimliyi müzakirə mövzusu olub.

“Qafqazinfo” xəbər verir ki, Z.Mikayılov 1992-1998-ci illərdə Türkiyədə Boğaziçi Universitetinin Biznesin İdarəedilməsi fakültəsini bitirib. 2001-2009-cu illərdə “Bakcell” şirkətində maliyyə şöbəsinin direktoru, 2009-2015-ci illərdə “Port Baku Towers”in baş direktoru, 2015-2016-cı illərdə “Pasha Construction” şirkətində şöbə müdiri, 2016-2018-ci illərdə "Agro Dairy" MMC-də icraçı direktor işləyib.

Zaur Mikayılovun son vəzifəsi 2018-ci ildən “Bravo Supermarket”in icraçı direktoru olub. 2021-ci il yanvar ayında bu işindən ayrılıb.

Zaur Mikayılova kimi bu vəzifəni Əhməd Əhmədzadə icra edib. O, prezident İlham Əliyevin 2 aprel sərəncamı ilə vəzifəsindən azad edilib.

Ə.Əhmədzadə 2006-cil i dən bu qurumun başında dururdu. O, ümumilikdə isə 28 il idi meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edirdi. Ə.Əhmədzadə 1993-2004-cü illər arası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, sonraki 2 ildə isə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, bu nazirlik yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru vəzifəsində çalışıb.